Cəmiyyət

Məşhur aparıcı Azərbaycana heyran qaldı - VİDEO - FOTO

12 Fevral 2016 16:17
1 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın tanınmış teleaparıcısı Yana Çurikova Bakı haqqında fikirlərini bölüşüb. 

Milli.Az anspress-ə istinadən bildirir ki, teleaparıcı Bakının dünya miqyaslı turnir təşkil etmək üçün böyük meydan olduğunu deyib. 

"Şəhərin beynəlxalq turnirlər keçirməkdə böyük təcrübəsi var. Bakı - böyük beynəlxalq hadisələr təşkil etmək üçün əla yerdir. Məsələn bir neçə il əvvəl Avroviziya müsabiqəsi keçirilib. Ötən il isə paytaxtda Avropa oyunları olub. Avropa oyunlarının açılış mərasimində Ledi Qaqanın oxuması möhtəşəm idi. Tədbirdə hər şey çox gözəl idi. Mən bizim bədii gimnastikanın qızları ilə söhbət edən zaman onların Avropa oyunlarındakı medal qazanmaqları ilə fəxr etdiklərini gördüm. Onlar üçün bu turnir çox mühüm sayılır". 

Anna Çurikova bildirib ki, bakılıların xüsusi tərzləri olur. 

"Mən bu yaxınlarda orada bir neçə dəfə olmuşam. Bakını ancaq Müslüm Maqomayev haqqında veriliş hazırlayan zamanı xronikal kadr ilə görmüşəm. Bakı ildən-ilə çox dəyişir. Sovet Birliyinin uşağı olduğum üçün mənim üçün vacibdir ki, hamımız bir yerdə olaq. Mənim üçün münasibət ilk növbədədir. Əlbəttə, bakılı - bu təyinatdır. Bakılı dostlarım çoxdur özü də onlar müxtəlif etnik mənşəlidirlər. Onun üçündə bizim aramızda heç bir konflikt yaranmır, biz həmişə mədəniyyətlərin dialoqu tərəfindəyik".

Aparıcı qeyd edib ki, Tələbə və Gənclərin Beynəlxalq festivalında Azərbaycan gəncləri də iştirak edəcəklər. 

Əlavə edək ki, Rusiyanın daha bir məşhur aparacısı olan Andrey Malaxov bir müddət əvvəl Bakı haqqında danışıb. 

"İki il əvvəl Bakıya ezamiyyətə getmişdim. Şəhərin necə fantastik dərəcədə dəyişdiyinin şahidi oldum. Bütün bunlar qısa zamanda olmuşdu. Bakı qısa vaxtda olduqca müasir, gözəl, fərqli bir şəhərə çevrilmişdi. Əvvəlki illə müqayisədə yaxşı mənada tanınmaz hala gəlmişdi. Mən Bakıya gəlirəm, Günəş, ağ mərmər, gözəl işıqlandırılmış küçələr, təmizlik və sairə... Sonra geriyə, Moskvaya uçuram. Və tıxaclar, qar, çirk, kir-pas və əsəbi insanlar... Hətta xatırlayıram ki, maşında ağlamışdım".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur rus aparıcı Azərbaycana heyran qaldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.