Cəmiyyət

Xırdalan sakinləri bayramda işıqsız qalıb

31 Dekabr 2015 16:55
4 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhərindəki Bünyad Sərdarov küçəsində yaşayan sakinlər şikayət edərək bildirilər ki, artıq 5 gündür işıqları kəsilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, sakinlərin sözünə görə, 3 gündür gündə cəmi 2 saat işıq verirlər. İdarədən onlara deyirlər ki, kabel qırılıb, onu düzəldirlər. "Kabel qırılıbsa niyə 5 günə düzəldə bilmirlər?" - sakinlər soruşur.

Şikayətçilərin fikrincə, əslində il ərzində işığı başqa yerlərə satırlar və ilin sonunda bunu kompensasiya eləmək üçün camaatın işıqlarınə kəsirlər.

Sakinlər yazır: "Bayram günü qaranlıqda oturmuşuq. Bu nədir belə? Niyə bizə belə zülm eləyirlər? Biz də bu ölkənin vətəndaşıyıq.

İnsanların çoxu evlərini işıqla qızdırır, indi hamı soyuqda oturub. Yemək bişirə bilmirik, bayramda. Bayrama şənlik qatan televiziya olur. İndi biz şənliyimizi şam işığında keçirməliyik?

Kənd Xırdalanda işıq yoxdur. Şikayətimizə də baxılmır. Şikayətimizi prezidentə çatdırmaq üçün imza toplayacağıq".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.