Cəmiyyət

Nardaranda ölən silahlı dəstə üzvləri dəfn olunublar

1 Dekabr 2015 13:09
Baxış: 2 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nardaranda baş verən silahlı insidentdə ölən silahlı dəstə üzvlərinin meyitləri ailələrinə verilib.

APA bildirir ki, meyitlər bu gün səhər Nardarana gətirilib və qəsəbə qəbristanlığında dəfn olunublar.
 
Qeyd edək ki, bu il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
 
Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat təşkil olunub.
 
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.
 
Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, FərahimRəfael Bünyatov qardaşları ölüblər. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.