Cəmiyyət

Bəxtiyar Vahabzadənin toyu oldu - FOTO

28 Avqust 2015 20:49
23 Şərh     Baxış: 20 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq şairi Bəxtiyar Vahabzadənin nəvəsi Bəxtiyar Vahabzadənin toyu olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadənin oğlu Fatimə Nağıyeva adlı xanımla ailə qurub. Bəylə gəlinin hər ikisi ixtisasca iqtisadçıdır. 

Müğənni Nadir Qafarzadənin idarə etdiyi toyda Azərbaycanın tanınmış simaları iştirak ediblər. 

Xalq şairinin 90 illik yubileyi ərəfəsində baş tutan toy ən böyük töhfə adlandırılıb. Bəyə xeyir-dua verənlər arasında nənəsi - B.Vahabzadənin həyat yoldaşı Dilarə xanım da olub. 

Allah xoşbəxt eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.