Cəmiyyət

İnsan ömrü və 40 manat...

3 Avqust 2015 17:14
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasına, yəni nəqliyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa görə, qanunvericilikdə nəqliyyat vasitəsinin sürücülərinə 40 manat miqdarında cərimə nəzərdə tutulur".

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, təəssüflər olsun ki, bu gün şəhərdaxili, eləcədə qəsəbələrə işləyən bəzi avtobusların sürücüləri hava temperaturunun yüksək olmasını əsas gətirərək bəzən avtobusu həm qabaq, həm də axra qapısı açıq vəziyyətdə idarə edirlər:

"Bəzən açıq qapıların yanında ayaqüstü sərnişinlər də dayanırlar. Sürücülər bilməlidir ki, bu da nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması kimi müəyyənləşdirilir".

K.Əliyev bildirib ki, sürücülər təkcə cəriməyə görə yox, daşıdığı insanların həyatının təhlükəsizliyi baxımından da qapıları açıq qoymamalıdırlar: "Hər halda istiyə 5-10 dəqiqə dözmək olar, amma təhlükəsizlik insan həyatı daha vacibdir".

K.Əliyev vurğulayıb ki, sürücülər də öz məsuliyyətlərini dərk etməlidirlər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, avqustun 2-də Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu" markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.