Cəmiyyət

Ailəsini, 3 uşağını qoyub Suriyaya gedən azərbaycanlı öldürüldü

6 İyul 2015 19:17
11 Şərh     Baxış: 3 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada daha bir azərbaycanlı öldürülüb. İŞİD silahlı terror qruplaşması tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev bir neçə gün əvvəl öldürülüb.

Milli.Az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev 3-4 ay əvvəl ailəsini ataraq Suriyaya getmişdi. F.Əliyev Suriyaya getməmişdən əvvəl ikinci dəfə də ailə həyatı qurub. Onun ikinci dəfə ailə həyatı qurduğu xanımı da hazırda Suriyadadır. Azərbaycanda isə birinci xanımından olan 3 övladı qalıb.

Xatırladaq ki, Suriyaya gedərək müxtəlif silahlı qruplaşmalara qoşulan azərbaycanlıların sayı gün keçdikcə artır. Əvvəllər ölən azərbaycanlıların şəkilləri qruplaşmaların digər üzvləri tərəfindən sosial şəbəkələrdə paylaşılırdı. Son zamanlar isə bu olmur. Əsas səbəb olaraq isə meyitlərin döyüş gedən ərazilərdən çıxarıla bilməməsidir.

Onu da qeyd edək ki, son zamanlar Suriyaya döyüşməyə gedən radikallar hansısa yollarla Azərbaycana qayıdırlar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş sonuncu əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.