Cəmiyyət

"Mavi" deyilik, bizim də haqlarımız var...

30 İyun 2015 09:17
36 Şərh     Baxış: 7 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Overton pəncərəsi" deyilən bir fəlsəfə şoğəribi var. ABŞ-dakı Makina İctimai Siyasət Mərkəzinin (Mackinac Center for Public Policy) sabiq vitse-prezidenti Cozef Overtonun nəzəriyyəsidir.
Qısa məğzi də budur ki, dövlətin yürütdüyü siyasət və ictimai həyatın əsas məqamları ictimai fikirdən asılıdır. Belədə dövlət prosesləri "Ən az azadlıq" səviyyəsindən tutmuş "ən güclü müdaxilə" həddinədək geniş spektrdə idarə edir.
ABŞ-da da eyni cinsdən olan insanlar arasında nikahlar bir yana - cinsi əlaqələrin tam yasaqlanması və cinayət sayılmasından 100 il sonra homoseksuallarla lesbiyanlar arasında nikahlar leqallaşdırıldı.
ABŞ Ali Məhkəməsinin qərarı belə oldu.
LGBT mənsubları eyforiyadadırlar. Qərar dünya miqyasında "vau effekt" yaradıb, yəni sadə dillə desək, bu xəbəri eşidənlər "Yox a?! Doğrudan?! Sən işə bax..." deyirlər.


ABŞ-da eyni cinsdən olanların arasnıda nikahların leqallaşdırılması ilə bağlı qərardan ekstaza düşənlərin sayı nə çox... Ledi Qaqadan, "Boz Gendalf" rolunu oynamış qoca kaftar Yen MakLellandan tutmuş, Azərbaycandakı məşhur partiyanın sabiq liderinin dar dairələrdə geniş məşhur olan oğlunadək... 

"ABŞ demoratik ölkə olduğunu göstərdi, gördüüüüüz?!" Gördüm, amma pərəstiş obyektinin nəcisini "Tableron" şokoladı saymaq niyyətində deyiləm. 

"Petuxlardır, ala, onlar" deyənlərin sofistikası ilə "Sevgi azaddır, bəli!" söyləyənlərin sxolastikası, bilirsiniz, harada toqquşur? Gündəyməzini açıq oynatmaq istəyən, kişi cinsinə mənsub adamın erotik istəklərində, şəhvət ostrakizmində. 
Azadlıqlar məsələsində ABŞ ilə İŞİD, paradoksal olsa da, eynidir: biri kişi-kişi və qadın-qadın nikahını leqallaşdırır, kişinin ombasını oynatmasını intellektual konyunktura çevirir, digəri də "dalının qədrini bilməyən"ləri binaların damından aşağı atır.
ABŞ ictimai yerlərdə siqaret çəkməyi yasaqlayırsa, elə həmin yerlərdə mühafizəkar dünyagörüşlü insanların LGBT mənsubları vasitəsilə təhqirini leqallaşdırır - məntiqin anası burada hıçqırır, cənablar.

Ayrı məhəllənin adamlarıyıq, dadaş...

Bəli, ABŞ ilə biz ayrı-ayrı sivilizasiyaların, mədəniyyətlərin, dünyagörüşünün və anlamın insanlarıyıq. Bunu ABŞ Ali Məhkəməsinin qərarına Azərbaycanda kütlənin reaksiyası, xüsusilə də sosial şəbəkələrdə yazılanlar göstərdi.
Vaşinqton deyir ki, qərarın səbəbi "ümumbəşəri dəyərlər"ə sayğıdır.
Bir dəqiqə... Ağ Ev "ümumbəşəri dəyər"lərdən danışır. 
Əvvəla, belə dəyərlər yoxdur və olması barədə düşüncələr də sarsaqlıqdır.


İkincisi, həmin dəyərlər olsa belə, ABŞ onlar barədə danışmaq hüququna malik son dövlətdir: müxtəlif ölkələrdəki faktiki işğal savaşlarından tutmuş, çeşidli dövlətlərin vətəndaşlarının Vaşinqtona casusluğa cəlb edilməsi, sonra vədlərin yerinə yetirilməməsi və casusların "atılması".
ABŞ böyük dövlətdir, supergücdür və sadəcə, Vaşinqtonda yüzlərlə analitik mərkəz var. Ali Məhkəmənin qərarı da sadəlöh addım, emosional sıçrayış deyil. Tam əksinə, bu qərar illərdən bəri davam edən müzakirələrin nəticəsi və Birləşmiş Ştatların əslində yeni geosiyasi addımıdır. 

Homolar və biz...

Homoseksualistlər, öz cinsindən olanlara erotik hisslər keçirənlər də insandır. Ən azı, bu hüquq sahibi olduqlarını etiraf etməliyik və onları asmaq, kəsmək, parçalamaq, yandırmaq, şaqqalamaq, ən mülayim halda həbs etmək fikrinə düşməməliyik.
Xəstə də deyə bilərik onlara, çünki homoseksualizmin əqli sapıntının bir formatı olduğunu mən yox, məşhur psixiatrlar qərinələr əvvəl yazıblar.

Bəşər tarixində məşhur homoseksuallar çox olub və onların sadalanmasına Babilistan çarı Hammurapi, Makedoniyalı İsgəndər və ya fars poeziyasının dühası Sədi Şirazidən başlayaraq, çağdaşlığın məşhur alimləri, sənətçiləri, siyasətçiləri ilə davam etdirə bilərik. 
Onların hər birinin bəşəriyyət qarşısında xidmətləri danılmazdır.
Məsələn, homoseksual olduqlarına görə Pyotr Çaykovskinin musiqisini dinləməmək,  Oqüst Rodenin tablolarına baxmamaq, Marsel Prust və ya Qor Vidalın əsərlərini oxumamaq, pedofil olması səbəbindən Fyodor Dostoyevskini rədd etmək absurd sayılardı, deyilmi?

Bu, gerçəyin bir parçasıdır. Digər parça isə homoseksualizm və lesbiyanlığın normal davranış, şüur, məntiq və sosial modellərə tam zidd olmasındadır.

Eyni cinsdən olanların bir-birlərinə "eşq"ləri, bağışlayın, iyrəncdir.
Primitiv olsa da, belədir: ABŞ hüquq və demokratiya müstəvisində lider olduğunu göstərmək üçün etikadakı bütün relyativizmləri birmənalı olaraq rədd etdi, "nikah məsələsində hamı bərabərdir" dedi.


Qüsurlu məntiqə əsaslansaq, zoofillər də yaxın gələcəkldə hüquqlarının qorunmasını və haqlarının təminatını tələb edərək deyəcəklər ki, kişinin keçi ilə evlənməsi və ya qadının erkək kirpi ilə nikahı rəsmiləşdirmək istəyi təməl insani haqlardır.
Səmavi dinlərin istisnasız olaraq hamısında homoseksualizm, uşaqbazlıq murdar əməl, Allahın qəzəbinə gedən hərəkət sayılır.
Vaşinqton da sanki sırf kommunist messianlığı ilə dinlərin tələblərini unudaraq "qonşun sənin kimi yaşamırsa, o, anormal deyil" messicini dünyaya ötürdü.
Az öncə yazdım: homoseksuallıq dünyəvi cəmiyyətdə, demokratik ölkədə cinayət sayılmır. Amma... Ağ Evi LGBT rənglərinə boyamaq, homoseksualların paradlarına qatılmağı az qala şərəf saymaq ifrata varmaqdır.
ABŞ və Avropada, habelə Türkiyədə "mavi"lərlə "çəhrayı"lar ekstazdadırlar və onların indiki vəziyyətini "Yehhu!" kəlməsi ilə səciyyələndirmək olar. 
Halbuki baş verənlər bəşər tarixinin spiralvari inkişafı barədə böyük filosof Hegelin nəzəriyyəsini bir daha təsdiqləyir.
Tarixin əsas dərsi odur ki, insanlar tarixdən dərs almaq istəmirlər.
ABŞ-ın intellektual konyunkturası indi homoseksuallığı əsla qəbul etməyən insanları avam, antidemokrat, xurafatçı, az qala ekstremist sayır. 
Bu demokratiya yox, komiksdir.
Kişinin gündəyməzini ən önəmli diskussiya vasitəsi sayması, homoseksuallığın da demokratiyanın sivilliyinin göstəricisi kimi qəbul olunması sivil kollaps, çöküşdür.
... 1973-cü ildə ABŞ-ın Amerika Psixiatrik Assosiasiyası homoseksualizmin psixi xəstəliklər siyahısından çıxarılması barədə qərar qəbul etdi. Hamilər Şurasının qərarını Assosiasiya üzvlərinin 58 faizi dəstəkləmişdi. Bu isə, razılaşın, elmi etikanın minimal standartlarından uzaq bir prosedurdur.

Və sonda...

ABŞ Ali Məhkəməsinin qərarı sadəcə, ona görə absurd sayıla bilər ki, səmavi dinlərə əsaslanan sivilizasiyanın 2 min illik mövcudluq tarixini zibil saydı.
Vaşinqton deyir ki, homoseksuallar və lesbiyanlar arasındakı nikahlar "cəmiyyət üçün zərərsizdir".
Yenə də yalan. ABŞ-da məktəblərdə bundan sonra rnikahın yalnız kişi və qadın arasında izdivac olmadığı tədris ediləndən sonra yeniyetmələrlə gənclərin ənənəvi nikahlara münasibətinin necə dəyişəcəyini prezident Barak Obama düşünübmü?
Üstəlik, insan haqları və demokratiyadan danışan homoseksuallar, inanın, çox aqressiv, radikal məxluqlardır. Məsələn, ABŞ-ın Oreqon ştatında bir şirniyyat dükanı "mavi"lərin toyuna xidmət etmək istəmədi. "Mavi"lər əvvəlcə o dükanın sahibini döymək istədilər, amma sonra fikirlərindən daşınıb onu məhkəməyə verdilər.


Məhkəmə də o mühafizəkar xristianı 135 min dollar məbləğində cərimələdi.
Bir dəqiqə: kişinin kişi ilə cinsi əlaqədə olmasına göz yummaq tolerantlıq və demokratiya sayılırsa, belə əlaqələrdən iyrənmək niyə suç hesab olunmalıdır?
Dünyanın müxtəlif ölkələrindəki homokeksuallar indiyədək "biz də insanıq, bizim də hüquqlarımız var" deyirdilərsə, ABŞ-ın Ali Məhkəməsinin qərarından sonra "indi biz sizə göstərərik" taktikasına keçəcəklər. 
Belə getsə, hər yəhudi, xristian və müsəlman "mavi" nikahları tanımalıdır, əks halda onu, ən azı, geridə qalmış, antidemokrat adam sayacaqlar. 
Bir az da keçəcək, "mavi"lər kilsələrdə və məscidlərdə nikah mərasimlərinin keçirilməsini tələb edəcəklər.
İnanmırsınız?
LGBT mənsublarının həyasızlığını nəzərə alsaq, bu da olacaq.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.