Cəmiyyət

Rektor qızı döyülməsindən sonra ilk dəfə - FOTO

4 May 2015 09:45
6 Şərh     Baxış: 13 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Döyülməsi ilə gündəmə gələn rektor qızı diqqət mərkəzindədir. Xəzər Universitetinin rektorunun övladı Ülkər İsayevanın hər çıxışı, sosial şəbəkədə paylaşımları maraq doğurur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, tanışları tərəfindən ictimai yerdə döyülən Ülkər bu hadisədən sonra bir müddət Türkiyədə olub, yenidən Bakıya qayıdıb və yaşadığı evdə qızının ad günündən şəkil paylaşıb. Feysbuk səhifəsində yayılan şəkildə rektorun qızı və nəvəsi tort kəsirlər.

Ü.İsayeva daha əvvəl paylaşdığı statusda yazmışdı: "Həyatda bir dəfə yaşayırıq, hamımızın başına iş gələ bilər. Başqalarının dalınca danışaraq özünüzə pislik edəcəksiniz".

Qeyd edək ki, Ülkər İsayeva bu il mart ayının 8-dən 9-na keçən gecə, saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.