Cəmiyyət

Döyülən rektor qızı: "Hamının başına iş gələ bilər"

27 Aprel 2015 11:37
2 Şərh     Baxış: 5 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər Universiteti rektorunun döyülən qızı Bakıdadır

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Hamlet İsaxanlının övladı Ülkər İsayeva sözügedən ali məktəbdə keçirilən konfransda iştirak edib. Ü.İsayeva konfransın artıq yekunlaşdığını öz Feysbuk səhifəsində yazıb və iştirakçılara təşəkkür edib:

"Azərbaycan 2-ci Beynəlxalq Psixologiya Konfransı sona yetdi. Birinci növbədə qonaqlarımıza, inanılmaz pozitiv və maraq dolu, motivasiya verən iştirakçılarımıza, başda Mələk Kərimova olmaqla Psixologiya Departamentinin bütün müəllimlərinə, əməyi keçən hər kəsə təşəkkürlər".

Rektor qızı növbəti statusunda isə başına gələnlərə eyham vurub.

"Nifrət hissindən uzaq olun. Özünüz öz həyatınızı nifrət hissi ilə zəhərləməyin. İnsanlara həmişə yaxşılıq etməyə çalışın. Nüfuzundan, vəziyyətindən, statusundan asılı olmayaraq, insanlara yaxşılıq edin. İnsanları mühakimə etməkdən uzaq olmağa çalışın. Həyatda bir dəfə yaşayırıq, hamımızın başına iş gələ bilər. Başqalarının dalınca danışaraq özünüzə pislik edəcəksiniz".

Qeyd edək ki, Ülkər İsayeva bu il mart ayının 8-dən 9-na keçən gecə, saat 04 radələrində əvvəldən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.