Cəmiyyət

British Council-ın Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində olub - FOTO

27 Aprel 2015 12:04
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
British Council-ın Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru və İngilis dili və humanitar fənlər mərkəzinin müəllim heyəti ilə görüş keçirib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, görüşdə British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov onları Ali Məktəbdə təkrar görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və British Council arasında olan əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində danışıb.

Öz növbəsində cənab Maykl Börd British Council və BANM arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib . O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.