Paytaxt sürücülərinə xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtda çiskinli və yağmurlu hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edən V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər, ilk növbədə, tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər: "Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar".
Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şosesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.
Qeyd edək ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.
Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kanalizasiya daşdı: Çirkab suları küçəyə axır
-
Azərbaycanda ərinin məzarına ziyarətə gələn qadın ÖLDÜ
-
Dünən cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Arda "Real"da ayın oyunçusu seçildi
-
Soyuqlar bitir, istilər başlayır - PROQNOZ
-
Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb
-
Cinayət işlərində həbs qərarlarına YENİLİK
-
Trampdan qalmaqallı etiraf - “Dəniz quldurlarıyıq”
-
AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
"Apple" tarixinin ən populyar seriyası bu “iPhone” oldu
-
"LeoBank"da problem yarandı
-
Bakıda 40 nəfəri aldadan şəxs saxlanıldı - VİDEO
-
Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, ailənin yeddi üzvü həlak oldu - VİDEO
-
Aeroport yolundakı tıxacın səbəbi BİLİNDİ
-
DYP-dən sürücülərə ÇAĞIRIŞ
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycanda zəlzələ OLDU
-
Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
May ayında 3 BÜRCün bəxti açılır - Fürsətləri qaçırmayın
-
Zelenski Ermənistana səfər edəcək
-
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
-
Diplomatik korpusun nümayəndələri Şuşada Xalça Muzeyini ziyarət ediblər - FOTO
-
Bu çay yarım saata adamı YATIZDIRIRMIŞ





