Cəmiyyət

SSRİ-nin ilk azərbaycanlı milyonçusu vəfat etdi - VİDEO

31 Oktyabr 2014 12:13
4 Şərh     Baxış: 2 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənnət Əliyev bir müddət imiş ki, xəstəlikdən əziyyət çəkirmiş

SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar, Kalmıkiya Respublikası prezidentinin Yaxın Şərq və Ərəb ölkələri üzrə keçmiş nümayəndəsi Cənnət Əliyev vəfat edib.

Bu barədə lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Məlumata görə, keçmiş milyonçu dünən dünyasını dəyişib. Son aylarda onun səhhətində ciddi problemlər vardı.

Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlamış, qısa müddətdə uğur qazanaraq, SSRİ-nin ilk milyonçusu kimi tanınmışdı. 1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İllümjanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlamışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.