Cəmiyyət

Aktyorun oğlu verdiyi vədə əməl etdi - YENİLƏNİB - VİDEO - FOTO

30 Oktyabr 2014 19:37
4 Şərh     Baxış: 4 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maqsud Hüseynzadə 16 il görmədiyi atasını ailəsi ilə görüşdürüb


19:37

 

Öldüyü zənn edilən aktyor Fikrət Məmmədovun oğlu dünən ANS-də yayımlanan "Adam içinndə" verilişində verdiyi vədə əməl edib.

Anspress-in məlumatına görə, aktyorun oğlu Maqsud Hüseynzadə 16 il görmədiyi atasını evinə aparıb. O, atasını ailəsi ilə görüşdürüb. M.Hüseynzadə atasına nəvələrini görməyə icazə verib.

Aktyor Fikrət Məmmədovla onun oğlu arasında yaşananlar tamaşaçıların bəzisini ağlatmış, bəzisi tərəflərdən qınanmışdı. Amma hər şeyə rəğmən ata-oğul münasibətlərinin nə ilə qurtaracağı da hamını düşündürürdü. Dünən bütün intizarlara son qoyuldu. M.Hüseynzadə 16 il görmədiyi atasını bağışladı. Bildirdi ki, ailəsinə ayırdığı vaxtdan atasına da ayıracaq.

Təbii ki, 16 il ərzində yaşananlar oğlu Maqsud Hüseynzadə üçün nə qədər çətin olubsa, indi atasını bağışlamaq ən az o qədər asan olmadı. Buna baxmayaraq Maqsud addım atacağını və uşaqlıqda üzünü doyunca görməsə də, ata nəvazişinin nə olduğunu bilməsə də, onu tanımağa çalışacağını dedi.

"Əgər mənin sözüm lazımdırsa, əgər ona ruh yüksəkliyini qaldırmaq üçün mənim köməyim lazımdırsa çalışaram. Öz ailəmə ayırdığım vaxtdan kəsib atama da vaxt ayıraram. Amma maddi cəhətdən köməklik edə bilməyəcəyəm", - deyə aktyorun oğlu Maqsud Hüseynzadə bildirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə aktyoru ev və onun müalicəsi üçün tibbi bacısı ilə təmin etdi.

---------
19:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə aktyoru evlə təmin etdi

"Adam içində" verilişinin araşdırdığı problemlərdən biri artıq iki gündür hamını həyəcan içində saxlayır.

ANS TV-nin məlumatına görə, aktyor Fikrət Məmmədovla onun oğlu arasında yaşananlar tamaşaçıların bəzisini ağlatmış, bəzisini tərəflərdən birini qınamağa sövq etmişdi. Amma hər şeyə rəğmən ata-oğul münasibətlərinin nə ilə qurtaracağı da hamını düşündürürdü. Dünən bütün intizarlara son qoyuldu. Özü də məntiqi şəkildə. Əvvəl onu deyim ki, aktyorun oğlunun ötən verilişdə atasının narkotik vasitədən istifadə etməsi iddiası testlər nəticəsində aydınlığa qovuşdu. Fikrət Məmmədovun qanında narkotik maddə aşkarlanmadı. Aktyor doğma oğlunun ürəyinə yol tapmaq üçün onun güvənini yenidən qazanmaq üçün lazım olan bütün şansları dəyərləndirmək istədiyini dilə gətirdi.

Təbii ki, 16 il ərzində yaşananlar oğlu Maqsud Hüseynzadə üçün nə qədər çətin olubsa, indi atasını bağışlamaq ən az o qədər asan olmadı. Buna baxmayaraq Maqsud addım atacağını və uşaqlıqda üzünü doyunca görməsə də, ata nəvazişinin nə olduğunu bilməsə də, onu tanımağa çalışacağını dedi.

"Əgər mənin sözüm lazımdırsa, əgər ona ruh yüksəkliyini qaldırmaq üçün mənim köməyim lazımdırsa, çalışaram. Öz ailəmə ayırdığım vaxtdan kəsib atama da vaxt ayıraram. Amma maddi cəhətdən köməklik edə bilməyəcəm", - deyə aktyorun oğlu Maqsud Hüseynzadə bildirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə aktyoru ev və onun müalicəsi üçün tibb bacısı ilə təmin etdi.

Sonda hər kəsin günlərlə səbirsizliklə gözlədiyi an baş tutdu. Maqsud ürəyində ata sevgisinin nə olduğunu hiss etməsə də, onu duymaq üçün bir addım ataraq atasını qucaqladı. Ümid edirik, hər iki tərəf bundan sonra bir-birini ata-oğul kimi tanıyar və nə vaxtsa aralarında olan sevgi yenidən yaranar.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.






Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.