Cəmiyyət

Azərbaycanda 29 yaşlı məktəb direktoru - FOTO

22 Sentyabr 2014 15:30
8 Şərh     Baxış: 13 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Naziri Mikayıl Cabbarov S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına yeni direktor təyin edib

"Qafqazinfo" xəbər verir ki, artıq yeni direktor Səbinə Turabova kollektivə və şagirdlərə təqdim olunub. 29 yaşlı S.Turabova Azərbaycanda ən gənc məktəb direktoru sayıla bilər. "Qafqazinfo"ya açıqlmasında yeni direktor deyib ki, belə bir təyinat alacağından əvvəlcədən xəbəri olmayıb: "Bundan öncə Gimnaziyada Təmayül Fənnlər üzrə direktor müavini idim. Bir gün Təhsil Nazirliyindən ev telefonuna zəng gəldi və nazirliyə çağırıldım. Səbəbini soruşanda dedilər ki, sizə vəzifə həvalə olunub. Hazırda direktorluq fəaliyyətimlə yanaşı, ingilis dili müəlliməsi kimi də işimi davam etdirirəm".

Yeni direktor bildirib ki, o məktəbdə, ilk növbədə, ciddi nizam-intizam qaydalarına önəm verəcək: "Daha ciddi rejimdə çalışacağıq. Bütün şagirdlər nazirliyin tətbiq etdiyi məktəbli formalarında dərsə buraxılacaqlar. Şagirdlərin və müəllimlərin dərsə gecikmə hallarının qarşısı alınacaq. Keyfiyyətli təhsilin başlanğıcı nizam-intizamdan başlayır. Ən əsası da təhsilin keyfiyyətinin yüksəldilməsinə çalışacağıq. İldə bir neçə dəfə imtahanlar keçiriləcək. Yenilik ancaq savadlı kadrların yetişdirilməsinə çalışmaq olacaq. Şagird məktəbə formal olaraq gəlib getməməlidir. Gimnaziya ilə bağlı əsas istəyim millətimizə, gələcəyimizə yararlı uşaqlar yetişdirməkdir".

Turabova Gimnaziyanın binasının təmir olunacağına ümid etdiyini də bildirib.

Təhsil Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifəsinin icrası həmin təhsil müəssisəsinin təmayül fənlər üzrə direktor müavini Səbinə Turabovaya həvalə edilib.

Milli.Az

Böyütmək üçün şəkilrə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.