Cəmiyyət

Bu günün hava proqnozu

26 Avqust 2014 00:05
1 Şərh     Baxış: 4 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz cənub-şərq küləyi 5-10 m/s, arabir 12-14 m/s əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Bakıda gecə 25-27° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 faiz , gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Şərq küləyi 3-8 m/s əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.

Şərq küləyi 5-10 m/s əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz olacaq.

Şərq küləyi 5-10 m/s əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 16-21° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz


Avqustun 30-dək Abşeron yarımadasında isti temperatur diskomfortu, zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olması meteohəssas insanlar üçün çox əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.