"Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsinə dəstək üçün növbəti tədbir həyata keçirilib.
Bu barədə Trend-ə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Beləki, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən təmirdə olan Binəqədi rayonu 115 saylı tam orta məktəbin istifadəyə verilməsi ərəfəsində iməcilik təşkil edilib.
İcra Hakimiyyətindən verilən məlumatda qeyd olunur ki, dövlət başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.
Qeyd edək ki, "Bakı 2015 Avropa Oyunları"na hazırlıq məqsədilə bu ilin iyul ayında start verilən "Təmiz Binəqədi" adlı sosial layihənin əsas məqsədi qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır. "Coca Cola" şirkəti də layihənin həyata keçirilməsində tərəfdaş qismində çıxış edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Təmiz Binəqədi" layihəsinə dəstək məqsədilə iməcilik keçirildi - FOTO
11 Avqust 2014 11:04
Baxış: 1 704
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
- Yaşa görə əmək pensiyası necə təyin olunur?
- Bu şəxsi görəndə ehtiyatlı olun: Qışqırıb maşınlara yumruq atır - VİDEO
- Sülh prosesinə qarşı destruktiv cəhdlərin heç bir nəticəsi olmayacaq
- 6 ayda 10 min nəfər evləndi, 5 mini boşandı
- Bakıda atı maşının arxasına bağlayıb yol boyu sürən sürücü ilə bağlı açıqlama - VİDEO
XƏBƏR LENTİ
- Zelenski Tehranı düşmən hesab edir - Mudabber
- Emil Abdullayev vəfat etdi - FOTO
- "Vallah, ayaqlarımla pul qazanmıram, müalicə olunun" - VİDEO
- Qalstanyan İrəvanda genişmiqyaslı mitinqin keçiriləcəyini bildirib
- Yığmamız 8 medalla birinci yeri tutub
- Sevgilisi Selena Qomezlə evlənmək istəyir
- Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryanın canına "vəlvələ" düşüb
- "Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - FOTO
- Məşhur aktyor vəfat etdi - FOTO
- Musasız böyükhesablı qələbə
- Paşinyan delimitasiya prosesinin təfərrüatını açıqladı
- Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - FOTO
- Nigeriyada namaz zamanı məscid yandırılıb, azı 11 nəfər ölüb
- Azərbaycanda maşın bağçaya çırpıldı: ölən və yaralanan var
- Sandudan Gürcüstana dəstək: telefon zəngi...
- Ramil Şeydayevin Superliqa arzusuna son
- Kiyevin vəziyyəti masaya oturacaq qədər pis deyil - NATO
- Qəbizliyi dərhal aradan qaldıran tərəvəz
- Razi Əliyeva işində son şahidlər dindirildi
- Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
- Yapon milyarder “Facebook”u məhkəməyə verdi: Təzminat tələb edir
- Yerkökü xərçəng riskini azalda bilər
- 53 yaşlı model açıq-saçıq geyimi ilə heyran qoydu - FOTO
- Kolon xərçənginə səbəb olan iki əsas amil