Cəmiyyət

Bakının ən böyük prospekti tıxandı - FOTO

24 İyul 2014 12:37
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ ki, yolun nə səbəbə bağlanması ilə bağlı rəsmi məlumat yoxdur

Paytaxtın ən böyük prospektində dəhşətli tıxac var.

"Qafqazinfo" xəbər verir ki, iki saatdır ki, Heydər Əliyev prospektinə birləşən yollarda hərəkət iflic vəziyyətindədir.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tıxac Zabrat yoluna qədər davam edir. Belə ki, Sabunçu dairəsinə qədər davam edən tıxacda sürücülər iki saatdan çoxdur ki, yolda olduqlarını deyiblər. Yolun hər iki tərəfində gediş-gəliş dayandırılıb.

Bakı kəndlərindən şəhərə doğru avtobusla gələn sərnişinlər isə marşrutlardan düşərək piyada gedirlər.

Sürücülər tıxacın səhər saatlarında baş verən bir neçə avtomobil qəzası ilə bağlı olduğunu bildirsələr də, hələ ki, yolun nə səbəbə bağlanması ilə bağlı rəsmi məlumat yoxdur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.