Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakcell Azərbaycan vətəndaşlarını necə aldadır? - FOTO
24 May 2014 13:26
20 Şərh
Baxış: 16 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təsəvvür edin ki, paytaxtın mağazalarından birində Bosch firmasının soyuducusunu alırsınız. Və bunu da təsəvvür edin ki, bir neçə il sonra Siemens firmasından uşaqlar gəlib sizə deyirlər ki, siz ya aldığınız məhsulun yarısının pulunu verirsiniz, ya da ki, onu plomblayacağıq ki, pul ödənilməmiş istifadə edə bilməyəsiniz.
"Cəfəngiyyatdır!" - deyəcəksiniz. "Bu sözsüz ki, mümkün deyil!" - əlavə edəcəksiniz.
Siz haqlısınız. Özünə hörmət edən normal firmalarda belə şey ola bilməz. Əlbəttə, iki şirkət arasında anlaşılmazlıq olsa da belə, bunu öz aralarında həll edərlər və məsuliyyəti istehlakçının üzərinə qoymazlar. Yəni nüfuzunu qorumaq istəyən şirkətlər belə davranırlar.
Azərbaycanda "Bakcell" və başqa bu kimi şirkətlərin davalarında tabaq müştərilərin başında çatlayır.

Milli.Az Haqqin.az-a istinadən xəbər verir ki, Zərbəliyeva Validə adlı abonent 1998-ci ildən Azercell-in xidmətlərindən istifadə edir. Balansında kifayət qədər pul olmasına baxmayaraq, onun istifadə etdiyi iPhone smartfonu işləməyənə qədər xidmətlərdən də razı idi. Azercell-dən bildiriblər ki, nömrəsində hər şey qaydasındadır, sadəcə olaraq, istifadə etdiyi aparat bloklanıb.
Bir qədər irəli gedərək qeyd edək ki, abonentlərin çoxu aparatlarında IMEI (International Mobile Equipment Identity) identifikasiya kodunun olmasıdından xəbərsizdirlər. Bu unikal kod telefonlara istehsalçı tərəfindən yerləşdirilir. Həmin kod vasitəsi ilə telefonlar oğurlananda onu tapmaq olur. Bəzən kənardan təsir göstərməklə aparatı bloklamaq da mümkündür.
Məsələ ilə bağlı Azercell-in operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, həmin aparat Bakcell-in müraciəti əsasında bloklanıb.
Məlumat telefon sahibini heyrətə salıb. Axı onun istifadə etdiyi telefonun Bakcell-lə heç bir əlaqəsi olmayıb. Bakcell-dən isə bildiriblər ki, onun aldığı telefon "ARZU 69" MMC-nin adına qeydiyyata salınıb. Həmin şirkətin isə Bakcell-ə borcu var. Belə bir vəziyyət hətta dəmir əsəbləri olan bir insanı da hövsələdən çıxarar.

Zərbəliyeva deyir ki, "iPhone 5S" telefonunu "28 May" metrosu tərəfdəki mağazalardan birində nağd qiymətə alıb.
"630 manat ödəmişəm, zəmanətlə birlikdə telefonu almışam. Nömrəni daxil edərək istifadə etməyə başlamışam. "Arzu 69" MMC şirkətini heç tanımıram. Oranın heç bir əməkdaşı ilə ünsiyyətim belə olmayıb".
Xanım heyrətlənir ki, nazirlik məhkəmə qərarı olmadan, sadəcə Bakcell-in müraciəti əsasında onun aparatını bloklaya bilər?

Sonda oxucuya "Ultraflex" MMC-nin (hazırda "Arzu 69" MMC-nin yerinə bu şirkət fəaliyyət göstərir) direktoru N.İbrahimova göndərilmiş məktubun nüsxəsini təqdim ediblər. Məktubda deyilir ki, əgər göstərilmiş xidmətlər müqabilində yaranmış 128 446 manat borcu MMC 27 mart 2014-cü il tarixinə qədər geri ödəməzsə, aprelin 1-dən etibarən ona məxsus olan bütün aparatlar bloklanacaq.

Bundan əvvəl aparatın Bakcell-in müraciəti əsasında bloklandığı deyilməsinə baxmayaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti bu dəfə təkzib etdi və belə bir işlə məşğul olmadıqlarını bildirdilər.
Məlum olub ki, Validə Zərbəliyevanın nağd pul ödəyərək zəmanətlə birlikdə "Caspian Mobile" şirkətindən aldığı smartfon heç bir hüquqi əsas olmadan bloklanıb. Başqasının başqasına borcu olduğu üçün vətəndaş öz əmlakından istifadə etmək hüququndan məhrum olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göyərtilər necə saxlanılır: Keşniş, cəfəri, şüyüd və nanənin saxlanma qaydaları
-
Azərbaycanlı məşhur bloqer və influenserlərin bu biznesləri varmış... - (Fotolar)
-
İşdə nə edək ki, daha az yorulaq
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov