Cəmiyyət

Üçrəngli bayrağımızı tikən qadın dəfn olundu - YENİLƏNİB - FOTO

21 May 2014 15:53
8 Şərh     Baxış: 4 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əllə tikdiyi bayraqları meydanda paylayan qadın ərinin yanında dəfn edilib


15:53


Milli azadlıq hərəkatının fəallarından Gültəkin Həsənova (Gültəkin Ana) dəfn edilib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, 86 yaşlı G.Həsənova Nizami rayonundakı məzarlıqda, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı, Müsavat Partiyasının üzvləri də iştirak ediblər.

Qeyd edək ki, Gültəkin ana bu gecə keçinib. O, uzun müddət idi ki xəstəlikdən əziyyət çəkirdi.

Gültəkin ana meydan hərəkatı liderlərindən olan Nemət Pənahlı, Etibar Məmmədov, Sabir Rüstəmxanlı qədər populyar idi və o, bu populyarlığı əllə tikdiyi minlərlə bayrağı meydan iştirakçılarına payladığı üçün qazanmışdı.

---------
11:32

1988-ci il Azərbaycanda başlayan Milli Azadlıq Hərakatının fəallarından olan, Azadlıq Meydanında keçirilən ilk mitinqə öz əlləri ilə tikmiş müqəddəs üçrəngli bayragımızı gətirən agbirçək Gültəkin Həsənova ötən gecə dünyasını dəyişib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Milli Azadlıq Hərəkatının fəalları ona sadəcə "Gültəkin ana" deyə müraciət edirdilər.

G.Həsənova ilə vida mərasimi Yasamal rayonu, keçmiş Musabəyov heykəlinin yaxınlığında olacaq.

Milli.Az

---------
15:53

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.