Cəmiyyət

Azərbaycanda narkotik asılılığının müalicəsi üçün yeni metod hazırlandı

24 Aprel 2014 17:14
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda kənardan gətirilən qeyri-ənənəvi narkoxassəli bitkilərin becərilməsi aşkar edilməyib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən tədqiqat institutlarının əməkdaşlarından ibarət İşçi Qrup tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində respublika ərazisində rast gəlinməyən və kənardan gətirilən qeyri-ənənəvi narkoxassəli bitkilərin becərilməsi aşkar edilməyib.

APA-nın verdiyi məlumata görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi"ndə əksini tapıb.

AMEA-nın müvafiq institutlarında narkotik asılılığın müalicə olunması üçün araşdırmalar davam etdirilib, yeni metod işlənilib və hazırda canlı orqanizmlərdə təcrübə müayinələrindən keçirilir.

Bununla yanaşı, AMEA tərəfindən ilk dəfə respublika üzrə narkotik vasitələrin yayılma arealını əks etdirən xəritə hazırlanıb, xidməti istifadə üçün aidiyyəti qurumlara göndərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.