Cəmiyyət

Azərbaycanda rəis müavininin evi külə döndü

19 Aprel 2014 11:17
1 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəis müavinin evi külə döndü

Bu gecə Sabirabad rayonunda yaşayış evlərindən birində güclü yanğın olub.

Milli.Az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, yanğın hadisəsi rayonun Ətcələr kəndində qeydə alınıb.

Kənd sakini Niyaməddin İbrahim oğlu İbrahimovun evində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Sabirabad bölməsinin yanğınsöndürənləri gəliblər.

Yanğın güclü olduğu üçün evdə olan bütün əşyalar yanıb. Ev sahiblərindən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Niyaməddin İbrahimov Respublika Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayon Polis Şöbəsinin yol polisi bölməsinin rəis müavini vəzifəsində çalışır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.