Cəmiyyət

Paytaxtda qayda pozan sürücülərə növbəti zərbə

18 Dekabr 2013 15:42
3 Şərh     Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundan sonra yol polisilə birgə Nəqliyyat Nazirliyinin evakuatorları da maşınları cərimə meydançasına aparacaq

Bundan sonra Bakıda sərnişindaşıma ilə məşğul olan avtobus və minik maşınları Nəqliyyat Nazirliyinin evakuatorları tərəfindən də cərimə meydançasına aparılacaq.

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə bildirib. Onun sözlərinə görə, avtobuslar, taksilər lisenziyasız fəaliyyət göstərirsə, bu zaman nazirliyin əməkdaşları həmin avtomobilləri xidmətdən kənarlaşdıracaqlar.

"Bəzən lisenziyanın şərtlərini pozduqda, vergini vaxtında ödəmədikdə, texniki müayinədən keçmədikdə və sürücü tibbi yoxlanış olunmadıqda, lisenziyanın şərtləri pozulur. Bu zaman avtomobil xidmətdən kənarlaşdırılır. Həmin avtomobil Nəqliyyat Nazirliyinin cərimə meydançasında saxlanılır. Bundan başqa, əgər vətəndaş öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edibsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər", - deyə Namiq Həsənov bildirib.

Namiq Həsənovun sözlərinə görə, artıq bu qərar 10 gündür qüvvəyə minib: "Artıq dövlət yol polisinin evakuatoru ilə bərabər Nəqliyyat Nazirliyinin evakuatoru da maşınları cərimə meydançasına aparanda, bunu anormal hal kimi qarşılamasınlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.