Avropa təhsilli Mövsüm bəy
Azərbaycan elminin tanınmış siması sayılan bir çox alimlərimiz var ki, onların nailiyyətlərindən çoxumuzun xəbəri belə yoxdur. Belə alimlərdən biri Mövsüm Xanlarov hələ XIX əsrdə Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alimimiz olub. Mövsüm bəy Xanlarov 24 sentyabr 1857-ci ildə Bakıda anadan olmuşdur. O, ilk təhsilini mədrəsədə almış, burada ərəb və fars dillərini, Quranı, şəriət elminin incəliklərini, islam əxlaqını öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdu. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı Rus realnı gimnaziyasının tələbəsi olmuşdu.
Həmin dövrdə Bakı böyük neft sənayesi mərkəzinə çevrilmişdi. Bakıda yaşanan "neft bumu"na, neft hasilatı sahəsində o dövr üçün az qala ağlasığmaz sayılan yüksək göstəricilərə rəğmən lazımi texnologiyanın, həmçinin bu texnologiyanı tətbiq edə biləcək ixtisaslı mütəxəssislərin yoxluğu bu sahədə inkişafı əngəlləyirdi.
Belə bir zamanda Azərbaycana digər ixtisas sahibləri ilə yanaşı, neft mühəndisləri də hava-su kimi lazım idi. 1872-ci ildə Bakı realnı gimnaziyasına qəbul olunan və təhsil sahəsində yüksək qabiliyyət nümayiş etdirən 15 yaşlı Mövsümün gələcək seçimi də elə bu zərurətdən irəli gəlmişdi. Mövsüm bəy Xanlarov 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra məktəbin əlavə siniflərində təhsilini davam etdirdi. O, 1878-ci ildə bu məktəbi uğurla bitirərək Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
O dövrdə Azərbaycanın neft sənayesində gedən inkişafı, xüsusilə neft emalı sahəsində qarşıda dayanmış böyük perspektivləri nəzərə alan Mövsüm bəy Almaniyada təhsil almağı və vətənə neft emalı üzrə peşəkar mühəndis-texnoloq kimi qayıtmağı qarşısına məqsəd qoymuşdu. Elə bu istəklə də o, 1878-ci ilin payızında Almaniyanın Vyüsburq şəhərinə gəldi və Vyüsburq Universitetinin tələbəsi oldu. O dövrdə Almaniyanın digər universitetlərində olduğu kimi, bu universitetdə də həm ümumi, həm fundamental, həm də dini fənlər tədris olunurdu. Tələbələrə ilahiyyatdan tutmuş, təbiət elmlərinə qədər bütün sahələr üzrə mühazirələr oxunurdu. Mövsüm bəy Xanlarov hər gün bir neçə saat laboratoriyalarda çalışır, ictimai mühazirələrdə də dinləyici kimi iştirak edir və bütün bunlar onun elmi dünyagörüşünün formalaşmasına böyük təsir göstərirdi.
Dünya kimyasının "laboratoriyasında"
Mövsüm bəyin Almaniyadan öz sevimli müəllimi, Azərbaycan milli mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabiyə göndərdiyi məktubların, müəllim və tələbələr arasında gedən yazışmaların məzmunu xeyli maraqlıdır. Bu məktublarında Mövsüm bəy Həsən bəy Zərdabiyə öz təhsili, əldə etdiyi nəticələr, gələcək planları barədə söhbət açır və keçmiş məktəb yoldaşları Nəcəf bəyin (Nəcəf bəy Vəzirov) və Əsgər ağanın (Əsgər ağa Gorani) əhvalını soruşurdu. Xatırladaq ki, adı çəkilən bu iki şəxs də Bakı realnı məktəbini bitirdikdən sonra Moskvadakı Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almağa başlamış, Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu "Əkinçi" qəzetinin fəal müəllifləri kimi tanınmışdılar. Mövsüm bəy, Nəcəf bəy və Əsgər ağa arasında məktəb illərindən əsası qoyulmuş dostluq münasibəti uzun illər qorundu.
Sonradan Mövsüm bəy Xanlarov təhsilini Leypsiq Universitetində davam etdirməyə başladı. O dövrdə Leypsiqdə zamanının nüfuzlu elm xadimlərindən sayılan professor Vaqner çalışırdı və professorla azərbaycanlı tələbə arasında normal münasibətlər qurulmuşdu. Neft emalı üzrə biliklərə yiyələnmək üçün müvafiq təhsil ocağı və səriştəli müəllim axtarışında olan Mövsüm bəy bu barədə professor Vaqnerdən məsləhət istəyərkən o, Almaniyada belə mütəxəssisin olmadığını bildirmiş, vəziyyətdən çıxış yolu kimi onu müvəqqəti olaraq öz laboratoriyasına dəvət etmişdi.
Bununla belə, Mövsüm bəy Leypsiqdə uzun müddət qala bilmədi, 1881-ci ilin mayında Almaniya ilə vidalaşıb Fransanın Strasburq şəhərinə, bu şəhərdə fəaliyyət göstərən Vilhelm Kayzer Universitetinə gəldi. Bu universitet o dövrdə Avropanın və ümumilikdə dünyanın ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılırdı. İ.V.Höte, L.Paster kimi nüfuzlu alimlər bu universitetlə bağlı idilər. Burada zamanının tanınmış alimlərindən olan bioloq Anton de Bari, kimyaçı Rudolf Fittiq kimi insanlar çalışır, onlardan öyrənmək və bu alimlərin laboratoriyalarında çalışmaq üçün dünyanın müxtəlif ölkələrindən gənclər axın-axın Strasburqa gəlirdi. Mövsüm bəy Xanlarov da burada professor Rudolf Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başladı.
1880-ci ilin mayından Strasburq Universitetində tanınmış professor Avqust Adolf Kundtın laboratoriyasında Rusiyadan gəlmiş gənc dağ mühəndisi, sonralar öz elmi nailiyyətləri ilə dünya şöhrəti qazanmış Dmitri Petroviç Konovalov da tədqiqat aparırdı. O, Fittiqin üzvi-kimya laboratoriyasına yazılsa da, burada çox az müddət çalışdı. 1881-ci ilin uyulunda Strasburqdakı Kayzer Vilhelm Universitetinin riyaziyyat və təbiət elmləri fakültəsinin elmi şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alan D.Konovalovla Mövsüm bəy arasında qurulmuş dostluq əlaqələri uzun illər qorunmuşdur.
Strasburq Universitetindən elmlər doktoru dərəcəsi
Mövsüm bəy özü Fittiqin laboratoriyasında toksin tuşusunun rodan etilinə təsirini tədqiq edirdi. Öz elmi araşdırmalarının nəticələrini 1882-ci ildə alman kimya ictimaiyyətinin "Berichte der Deutschen Chemischem Gesellchaft" jurnalında nəşr etdirmişdir. Həmin vaxt professor R.Fittiq laktonu araşdırır, bakılı tələbəsi də bu mövzuda elmi tədqiqatları ilə alimə dəstək verirdi. O bu sahədə uğurlu nəticələr əldə etmiş, butirolakton və alfa-butirolaktonun sintezi xüsusiyyətlərinə dair ona qədər bir çox alimləri düşündürən sualların cavabını tapmışdı. Gənc alimin əldə etdiyi elmi nəticələri professor R.Fittiq yüksək qiymətləndirirdi.
1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə edərək, müasir dillə desək, kimya elmləri doktoru alimlik dərəcəsi aldı.
Məlumdur ki, XIX əsrin sonlarına doğru Azərbaycanda maarifçilik ənənələri hələ yenicə formalaşırdı. Belə bir zamanda Bakıda doğulub boya-başa çatmış 26 yaşlı Mövsüm bəy Xanlarovun 1883-cü ildə dünyanın ən tanınmış elm-təhsil mərkəzlərindən birində belə yüksək elmi ada sahib olması XIX əsrin sonlarına doğru milli elmin inkişafı sahəsində elə də nəzərəçarpacaq nailiyyətləri olmayan Azərbaycan üçün son dərəcə əlamətdar hadisə idi.
Qısa müddətdən sonra doktor Mövsüm bəy Xanlarov onu yetişdirmiş vətənə fayda vermək üçün Azərbaycana qayıtdı və elmi araşdırmalarını burada da davam etdirdi. Azərbaycanda neft emalının elmi prinsiplər əsasında inkişafı, fundamental elmlər sahəsində ilkin ənənələrin formalaşmasında Mövsüm Xanlarov müstəsna xidmətlər göstərmişdir.
İlk dövrlərdən geniş kütlələr arasında qazandığı böyük rəğbətin ifadəsi kimi Mövsüm bəy Xanlarov bir sıra rəhbər orqanlara seçilmişdi. Bakının ziyalı mühitində onun adı daim hörmətlə çəkilirdi. Kimyaçı alimi ölkə sərhədlərindən kənarda da yaxşı tanıyır, dünya şöhrətli elm adamları onunla fikir mübadiləsi aparırdılar. Mövsüm bəy Xanlarovun D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğunu ortaya qoyan ən parlaq faktlardır.
Mövsüm bəy Xanlarov Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra məşhur neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurmuşdu.
O, 1921-ci ildə vəfat edib.
"Azadlıq"
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın ilk kimyaçı alimi
6 Avqust 2012 13:13
5 Şərh
Baxış: 23 420

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
-
Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib - FOTO
-
Suya borcu olanlara ŞAD XƏBƏR
-
Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür
-
Bir şagirdin "Son zəng" xərci nə qədərdir? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Yekun qələbə yaxındır - Medvedyev
-
Bu bürclər çox çətin seçim qarşısında qalacaq
-
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
-
Salah 3-cü dəfə ilin futbolçusu seçildi
-
"İndi də bədənimdə qəlpələr var" - Xalq artisti
-
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfərdən görüntülər paylaşıb - FOTO
-
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” - yenilənib - FOTO
-
“Dedim ki, siz Doğuşla ailə qurmusuz, mən niyə Muradla evlənməyim?” - VİDEO
-
“Fənərbaxça” futbolçuları aranı qatdı - VİDEO
-
“Azərbaycanla müharibə olmayacaq”
-
Ukrayna macar diplomatları ölkədən qovur
-
“Fənərbaxça”dan inamlı qələbə
-
Mariya Stadnik və Messini nə birləşdirir? - FOTO
-
Manaf kövrəldi: “Bu, sonuncu yubileyimdir” - VİDEO
-
“Nürnberq” bugünkü oyunda Mahirə belə təşəkkür etdi - FOTO
-
"Uzak şehir" izləyicilərinə pis xəbər
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə - FOTO
-
“Sabah” “Şamaxı”ya qalib gəldi
-
Bitum daşıyan yük maşını aşdı - yaralılar var - VİDEO
-
Efirdə aktrisa ilə iştirakçı arasında dava - tibbi yardım göstərildi - VİDEO