Şou-biznes

EMIN "Sea Breeze Resort"un açılışında "Eurovision" ulduzları ilə birlikdə konsertlə çıxış etdi - YENİLƏNİB-FOTO

10 İyul 2011 15:17
Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:06

APA-nın məlumatına görə, açılış mərasimi ilə əlaqədar otelin həyətində konsert proqramı təşkil olunub. Çoxsaylı qonaqların təşrif buyurduğu açılışda tanınmış simalar da iştirak ediblər.

Konsert proqramını tanınmış aparıcı və şoumen Murad Dadaşov aparıb. Konsertdə Azərbaycanı indiyədək mötəbər "Eurovision" yarışmasında təmsil etmiş sənətçilər ilk dəfə olaraq eyni səhnəni bölüşüblər. Əvvəlcə səhnəyə "Eurovision-2008" mahnı müsabiqəsində Azərbaycan təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə çıxıb, onlar "Day after day" mahnısını ifa ediblər. Elnur və Samirin çıxışı əvvəlcədən nəzərdə tutulmadığından onların ifası sürpriz kimi qarşılanıb. Daha sonra 2010-cu ildə Azərbaycanı sözügedən müsabiqədə təmsil edən Səfurə Əlizadə rəqs qrupunun müşayiəti ilə "Drip drop" və digər iki mahnısını ifa edib.

Müsabiqədə Azərbaycana üçüncülük gətirən Aysel Teymurzadə səhnəyə də üçüncü çıxıb. Aysel "Always"lə yanaşı, "Falling" və bu yayın hiti olan "Tonight"ı ifa edib. Aysel tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, otelin açılışı münasibətilə hamını təbrik edib.

"Eurovision" müsabiqəsində Azərbaycana qələbə sevinci yaşadan Eldar Qasımov və Nigar Camal isə mərasimdə bütün Avropada dillər əzbərinə çevrilmiş "Running Scared" mahnısını ifa ediblər. Hər bir "Eurovision" təmsilçimizin ifası zamanı müsabiqə zamanı istifadə olunmuş səhnə effektləri nümayiş etdirilib.

Sonuncu ifaçı olaraq isə səhnəyə Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov çıxıb. Emin səhnədə öz musiqiçiləri və bek-vokalçıları ilə çıxış edib. Emin həyatında ən önəmli insan kimi atasının adını çəkib, Araz Ağalarova sonsuz hörmət bəslədiyini deyib. Həyatında növbəti önəmli şəxs kimi isə o, dahi sənətkar Müslüm Maqomayevin adını çəkib, ifa etdiyi "My way" mahnısını ustadına həsr edib. Emin Ağalarov "Eurovision" iştirakçılarına da təşəkkür bildirib, Eldar və Nigarı qələbə münasibəti ilə bir daha təbrik edib: "Bu müsabiqədə Azərbaycan hər zaman seçilib. Bu gün siz bu səhnədə onların hər birini izlədiniz. Qalibiyyət isə möhtəşəm idi. Eldar və Nigara bu sevinci bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirəm. Ən sevindirici hal odur ki, Azərbaycan gələn il bu müsabiqəyə ev sahibliyi edəcək. Hər şeyin möhtəşəm olacağına əminəm. Çünki Azərbaycan möhtəşəmlər diyardır".

Emin Ağalarov konsertdə daha bir neçə mahnı ifa edib, tamaşaçıların istəklərini də yerinə yetirib.

Bir saata yaxın səhnədə olan Emin, çıxışının sonunda yenə də Müslüm Maqomayevi xatırlayıb. O, konsertə sənətkarın ifasında "Ey əziz anam Azərbaycan" mahnısı ilə yekun vurub. Müslüm Maqomayevin ifası altında isə otelin açılışı münasibətilə möhtəşəm atəşfəşanlıq olub.

Mərasim daha sonra diskoteka ilə davam etdirilib. Tədbiri işıqlandırmaq üçün isə dəvət olunmuş media mənsublarına işləmək üçün lazımi şərait yaradılıb.

Sonda Murad Dadaşov bildirib ki, yeni butik otel iyulun 10-dan müştərilərin xidmətində olacaq.

Milli.Az

----------
15:17





































































































Foto: Trend Life, Day.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.