Şou-biznes

Tanınmış azərbaycanlı aktyor əməliyyat olunacaq

29 Aprel 2017 20:14
22 Şərh     Baxış: 4 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı aktyor Elməddin Cəfərov növbəti dəfə əməliyyat etdirmək niyyətindədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  aktyorun dediyinə görə, artıq əməliyyatı gecikir: "Uşaqlıqda burnumda və boğazımda artıq ət var idi. 6 yaşımda kəsdirmişdim. Amma o yenə inkişaf edib. Mən tez-tez xəstələnirəm. Yoxlatdıq, dedilər ki, burundan nəfəs zəif gedir, ağızdan nəfəs alırsan, soyuq dəymə də ağ ciyərə tez gedir. Ona görə də xəstələnirəm. Düz 3 ildir ki, o əməliyyatı etdirə bilmirəm. Dəhşət qorxuram. Allah kömək olsun, əməliyyatdan qorxuram. Bilirəm ki, gec-tez o əməliyyatı etdirməliyəm. Artıq bu il gecdir, mart ayına qədər etdirməli idim, ürəklənə bilmədim. Qaldı gələn ilə. Gələn 2018-ci ildə mütləq əməliyyat etdirəcəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.