Şou-biznes

"Həmişə istəyirdim ki, kənddə yaşayım, 5 uşağım olsun"

2 Oktyabr 2016 14:03
45 Şərh     Baxış: 15 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva oğlu dünyaya gəldikdən sonra həyatının dəyişdiyini deyib. 

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"də övladını heç kimə etibar etmədiyini bildirib:

"Oğlum 8 aylıqdır, onun yeriməsini səbirsizliklə gözləyirəm. Ondan sonra həyatım tamamilə dəyişib. Bütün günü ayaq üstəyəm, onunla məşğul oluram. Səhər 6-da oyanırsan, gecə 12-də yatırsan. Bütün gün uşaqla məşğulam. Bu, çox gözəl anlardır. Çox istəyirəm, ikinci uşağım olsun. 

Böyük ailə arzulayıram. Həmişə istəyirdim ki, kənddə yaşayım, 5 uşağım olsun".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.