Şou-biznes

Nadirdən boşanma xəbərlərinə REAKSİYA

30 Sentyabr 2016 18:07
29 Şərh     Baxış: 13 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə boşanma xəbərlərinə münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc xanımı çox sevdiyini və ondan heç vaxt ayrılmayacağını qeyd edib:

"Bir dəqiqədə adamı evləndirib, boşandırırlar. Bu gün mənim boşanma xəbərimi yazıblar. İndi evlənmək və boşanmaq o qədər adiləşib ki, xala-xala oyununa döndəriblər. Bəzilərinə demək istəyirəm ki, fikriniz özünüzə getməsin. Bizi yalnız ölüm ayırar. Təki elə bir çox ailələr Nadir Qafarzadəninki kimi olsun. Demirəm ki, biz idealıq, amma bizdən yoxdur.

Qoy Azərbaycan fəxr etsin ki, Nadir kimi vətəndaşı var. Bir mənim ailəm qalmışdı boşatmayasınız. Bizi də bir bəhanə ilə boşatdırın. Bizimkilərin əlindən ev yıxmaqdan başqa heç nə gəlmir. Allah qovuşduranı, şeytan ayıra bilməz. İndi kimin ailəsi uzunömürlüdürsə, ona birtəhər baxırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.