Şou-biznes

"Şöhrət" ordenli görkəmli sənətkarımızın doğum günüdür: YUBİLEY

24 Sentyabr 2016 12:26
13 Şərh     Baxış: 2 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şöhrət" ordeni ilə təltif edilən görkəmli sənətkarın yubileyidir.

Primetime.az xəbər verir ki, sentyabrın 24-də Azərbaycanın görkəmli sənətkarı, bədii qiraət ustası, xalq artisti, "Şöhrət" ordenli Əminə Yusifqızının doğum günüdür.  Əminə Yusifqızı yubileyini qeyd edir.

Əminə Yusifqızı 1936-cı ildə anadan olub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1964-1974-cü illərdə Akademik Dram Teatrında 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib.

M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. Gənc Tamaşaçılar Teatrında maraqlı obrazlar qalareyası yaradıb. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj redaksiyasında çalışmaqla yanaşı, bədii filmlərdə yaddaqalan obrazlar ifa edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nəriman Həsənzadə -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.