Şou-biznes

Xuraman Şuşalı: "Artıq 4 ildir ki, tövbə etmişəm" - FOTO

3 İyun 2016 22:43
40 Şərh     Baxış: 18 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, müğənni Xuraman Şuşalı həmkarlarını qısqandıracaq etiraf edib.

"Artıq 4 ildir ki, içki olan məclislərə nə qonaq, nə də müğənni kimi gedirəm. Dinimizdə haram buyurulub. Daha çox xına mərasimlərinə gedirəm. Düzdür, artıq xına dəb halını alıb. Bir çox həmkarlarım da bu sahə ilə məşğul olurlar, amma mən özümü №1 sayıram. Çünki mənim kimi adət-ənənələrlə həm xınanı yaxıb, həm aparıcılıq edib, həm də oxumurlar. Bəlkə, bəziləri məndən inciyəcəklər, ancaq əziyyətimi qiymətləndirib deyirəm, təkəbbürlük deyil. Hər dəfə ayrı-ayrı dekorlardan istifadə edirəm".

Müğənni yorulduğunu da gizlətmədi.

"Həm işlə, həm uşaqlarla məşğul olmaq məni çox yorur. Ancaq nə qədər yorulsam, bir o qədər xoşdur. Uşaqlara baxıram, sevinirəm, Allaha şükür edib deyirəm ki, mənə də ömür ver, övladlarımı böyüdüm. Mən özüm əziyyətli həyat yaşamışam, onlar atasız, anasız qalmasınlar. Onu da deyim, çox dəcəldirlər, amma mən yenə onları çox sevirəm".

Qeyd edək ki, müğənni Elçin adlı şəxslə ailəlidir və onların Məhəmməd Mehdi, Tumurcuq Surə, Hüseyn Abbas adlı övladları var.

Nazim Qasımzadə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.