Şou-biznes

"Şahrux Xanla görüşümüz olacaq"

30 Noyabr 2015 13:30
30 Şərh     Baxış: 4 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Oksana Rəsulova yenidən Bollivud ulduzu Şahrux Xanla görüşəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "MUZ TV"yə açıqlamasında xəbər verib. 

O, Şahruk Xanın film təqdimatına qatılacağınl bildirib:

"Ad günümdən 1 gün əvvəl, dekabrın 18-də Hindistanda Şahrux Xanın çəkildiyi yeni filmin premyerası olacaq. Dəvət almışam, getməliyəm. Dekabrın 16-sı yola düşəcəyəm. Orada Şahrux Xanla görüşümüz olacaq. Nəinki görüşümüz, yeyib-içmək də olacaq.

Bəlkə də mənə filmə çəkilmək təklifi etdi. Orasını dəqiq bilmirəm. Hazırda çox şadam ki, məni Azərbaycanın tanınmış siması, aktrisası, rəqqasəsi kimi belə böyük açılışlara dəvət edirlər. Şahrux Xanın filminin təqdimatına seçilmiş sənətçilər qatılacaq".
 
Qeyd edək ki, Şahruk Xanın yeni filmi "Dilwale" adlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.