Şou-biznes

Xalq artisti göz yaşı tökdü: "Allah mənə övlad vermədi..."

29 Avqust 2015 14:53
37 Şərh     Baxış: 7 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Firəngiz Mütəllimova "ATV maqazin" verilişində göz yaşı töküb. 

Milli.Az xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, şəxsi həyatından danışan xalq artisti övladı olmadığı üçün kədərləndiyini bildirib:

"Sənətə qurban verməsəydim, indi ailəm olardı. Allah valideynlərimə rəhmət etsin, onlar bacılarımla, qardaşımla bizi bir-birimizə bağlamağı öyrədib. Ailə qurdum, amma Allah mənə övlad vermədi. Güllərlə, çiçəklərlə, alqışlarla qarşılanan sənətkar qaranlıq otağının işığını özü yandırır.

Mən əməliyyatda olanda bacım Nərgiz çox stress keçirmişdi. Türkiyədə dedilər ki, övladın sizi necə sevir. Əməliyyatda elə düşündüm ki, son dəfədir səhnəyə çıxıram. Həyatımdan kitab yazıram, vəfat edəndə çap olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.