Şou-biznes

Ramazan gəldi, şou əhli Bakıdan qaçdı - FOTO

7 İyul 2015 16:27
2 Şərh     Baxış: 5 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az oxu.az-a istinadən bildirir ki, ramazan ayında toy mərasimlərinin keçirilməməsi və isti yay günlərinə təsadüf etməsi, şou əhlinin əksəriyyətinin işlərini dayandıraraq,  istirahətə yollanmasına imkan verib.

Bu səbəbdən də şou əhlinin hazırda harada olduqları və necə istirahət etdikləri barədə maraqlandıq. 

Xatirə İslam bu il öz ailəsi ilə Antalyaya istirahətə yollanıb. Maraqlı istirahət keçirən mügənni şəkillərini sosial şəbəkədə yayıb. İfaçı istirahət zamanı çəkdirdiyi fotoya "Vəziyyətim çox pisdir. Yanmışam. Otaqdan çıxa bilmirəm" şərhini yazıb.

"Toppuş bacı" adı ilə tanınan əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyal ilə istirahətə yollanıb. Aktrisa əvvəlcə Azərbayanın rayonlarında dincəlməyə üstünlük verib. Hazırda isə Türkiyədə həyat yoldaşı ilə birgə istirahət edir.

Müğənni Gülay Zeynallı ilə həyat yoldaşı, məşqçi Kamil Zeynallı da dincəlmək üçün Türkiyəni seçənlər sırasındadırlar.

Digər şou nümayəndələrinən fərqli olaraq  aparıcı və aktrisa Tunay Əliyeva istirahətini Azərbaycanda keçirir. O dincəlmək ücün Azərbaycanın dilbər guşələrindən olan Lerik və Qəbələni seçib.

Model Ramina Abbasova da yay istirahətinə yollanıb. Bodrumda yay tətilinə start verən model daha sonra istirahətini İzmirdə davam etdirəcək. Abbasova Bakıya avqust ayında qayıdacaq.

Müğənni Aysel Əlizadə bu həftə istirahətə yola düşəcək. İl ərzində dəfələrlə Türkiyəyə yollanan müğənni bu dəfə yay tətili üçün Avropanı seçib.

Milil.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.