Şou-biznes

Mətanətə "fahişəsən" deyən yazarın xanımı: "Əsəbləşəndə evdə də söyür"

1 İyul 2015 13:16
38 Şərh     Baxış: 10 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Günaydın" verilişində müğənni Mətanət Əsədovanı söyməklə gündəmə gələn yazar Əziz Musanın xanımı həyat yoldaşı barədə maraqlı açıqlamalar verib. 

Adını mətbuatda hallandırılmasını istəməyən xanım ölkə.az-a bildirib ki, həyat yoldaşının iştirak etdiyi məlum verilişə ümumiyyətlə baxmayıb:

"Mən heç o verilişə baxmamışam. Sadəcə, bu haqda eşitmişəm. Verilişdən sonra zəng gəlirdi, amma bilmirdim ki, kimdir. Əziz müəllimin də əsəbləşdiyi anlar olur. Heç vaxt əsəbləşəndə uşaqları vurmayıb, amma söyüş söyüb. Olur, niyə olmur ki? Əsəbi olanda hər kəs əsəbini bir şeydən çıxarır".

Qeyd edək ki, "Günaydın" verilişinin dünən efirə gedən buraxılışında Əziz Musa ilə Mətanət Əsədova arasındakı söz mübahisəsi yazarın müğənnini təhqir etməsiylə nəticələnmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.