Şou-biznes

"Eurovision 2015" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi - FOTOSESSİYA

24 May 2015 03:49
51 Şərh     Baxış: 28 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

24.05.2015

03:49

Milli.Az xəbər verir ki, "Eurovision 2015" mahnı müsabiqəsində İsveç təmsilçisi Mons Selmerlöv 365 bal toplayaraq qalib oldu.

İkinci yeri 303 balla Rusiya təmsilçisi Polina Gagarina tutdu, üçüncü yeri isə 292 balla İtaliya qrupu İl Volo tutdu.

Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısını səsləndirib və 49 bal toplayaraq 12-ci yeri tutub.

--------

00:02

Milli.Az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanda "Eurovision-2015" mahnı müsabiqəsinin finalı başladı.

----------------

23.05.2015

16:08

Bu gecə Avstriyanın paytaxtı Vyanda "Eurovision-2015" mahnı müsabiqəsinin final şousu keçiriləcək.

Trend xəbər verir ki, müsabiqənin final şousu 45 ölkədə yayımlanacaq.

Yarışmanın final mərhələsi mayın 24-nə keçən gecə keçiriləcək.

Müsabiqədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısını uğurla ifa edərək finala keçib.

Avropanın ən populyar mahnısını müəyyənləşdirən "Eurovision -2015" mahnı müsabiqəsinin finalı Bakı vaxtı ilə saat 00:00-da "Wiener Stadthalle" arenasında başlayacaq.

Birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.

Milli.Az

--------

01:16

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.