"Elnur Hüseynov ailəsini hamıdan gizlədirdi, anası haqda ümumiyyətlə heç nə danışmırdı".Bu barədə azvision.az-a Azərbaycan Dövlət Filarmoniyasının Kadrlar Şöbəsindən məlumat verilib.
"O səs Türkiyə" müsabiqəsində uğurlu çıxışı ilə gündəmə gələn Elnur Hüseynovun həyatı və yaradıcılığı ilə bağlı onun Filarmoniyada çalışan müəlimi maraqlı fikirlər səsləndirib.
Adının mətbuatda çəkilməsini istəməyən müsahibimiz bildirib ki, E.Hüseynov illər öncə Xor Kopellasında çalışsa da, ailəsi ilə bağlı məlumatları kollektivdən həmişə gizli saxlayırmış:
"Elnurun atası hərbçi olduğuna görə onlar gah ora, gah da bura gedirdilər. Yəqin ki, Elnurun ailəsi Bakıda kiminsə evində kirayə qalırdı. Biz onu Filarmoniyaya çox cavanikən işə götürmüşdük. Həmişə qorxurduq ki, bu uşaq əvvəl-axır özünə nə isə edə bilər. Elnur həmişə deyirdi ki, böyük bir partlayış edəcək. Ukraynaya getmək istəyirdi. Daimi orada qalmaq, yaşamaq arzusundaydı. Elnur işə gəlmirdi. Amma biz onun əmək kitabçasını korlamaq istəmirdik. Bədii rəhbərə dedik ki, Elnuru axtarıb tapsınlar və o, gəlib ərizəsini yazsın və işdən çıxsın.
Qorxurduq ki, onun başına nəsə gələ bilər. Elnurun atası hərbçi həkim olub. Onun anası, çox güman ki, musiqi sahəsini bitirmişdi. Amma anası işləmirdi. Elnurun bir qardaşı da var idi. Qardaşı Elnurdan balaca idi. O, Azərbaycan dilini yaxşı bilirdi. Onun valideynləri, yəqin ki, tez-tez başqa-başqa ölkələrə gedirdilər. Elnur çox vaxt Bakıda tək qalırdı. Biz Elnurun nailiyyətlərinə həmişə sevinmişik. O, ilk dəfə bizim yanımıza gəlib və qarşımızda oturub. Biz o vaxtlar Elnurun ailəsi barəsində məlumatlar toplamağa çalışırdıq. Amma heç nə əldə edə bilmirdik. Özü ailəsi ilə bağlı heç nə danışmırdı. Elnur tez-tez konsert verərdi. Onun çoxlu tamaşaçı kütləsi var idi. Xeyli insan onun konsertinə gələrdi. Elnur gizlətsə də, o, Bakıda ailəsindən ayrı, tək yaşayırdı. Elnur ailəsinə qarşı çox biganə idi. Ümumiyyətlə, ailəsi ilə bağlı məsələlər onu maraqlandırmırdı. Səbəbini isə deyə bilmərəm. O, anası barəsində bütün məlumatları gizlədirdi. Ola bilsin ki, ailəsi ondan imtina etmişdi. Özünü işdə də çox qəribə aparırdı. Hətta o, atasının, anasının neçə yaşında olduğunu belə bilmirdi".
Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanova da Elnurla bağlı fikirlərini bölüşüb. Bildirib ki, E.Hüseynov çox böyük səs imkanına malikdir:
"Elnur bizdə Xor Kopellasında işləyib. Çox istedadlı vokalçı olub. Bir şəxsiyyət kimi də o, çox yaxşı insandır. Mən ondan bir vokalçı kimi çox razı idim. Onun Xor Kopellası ilə birlikdə tez-tez konsertləri olub. Bizim konsertlərimiz çox uğurlu olurdu. Elnur həmişə bizimlə maraqlanır. Onun ailəsi Bakının kəndlərindən birində qalırdı. Elnur isə Bakının mərkəzində qalırdı".
Sonda isə G.İmanova qeyd edib ki, Elnur Hüseynov çox böyük musiqiçidir.
Qeyd edək ki. Elnur Hüseynov və Samir Cavadzadə ilk dəfə Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil ediblər. E.Hüseynov hazırda Türkiyədə telekanalında yayımlanan məşhur "O səs Türkiyə" musiqi yarışmasının iştirakçısıdır.
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ailəsi Elnurdan imtina edib?
22 Yanvar 2015 20:10
39 Şərh
Baxış: 18 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Eşref Rüya”nın aktyoru vəfat etdi - FOTO
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
-
Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - FOTO
-
Xaosdan bezib kəndə köçdü: Məşhur aktrisa orqanik həyatı seçdi - FOTO
-
"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"
XƏBƏR LENTİ
-
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
-
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
-
Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR
-
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
-
Yardımlıda işıq olmayacaq
-
İranda yüksək vəzifəli şəxsin evi bombalandı, özü ağır yaralandı
-
“Eşref Rüya”nın aktyoru vəfat etdi - FOTO
-
Türkiyə mətbəxindən qozlu acuka resepti
-
Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib - FOTO
-
Xameneinin vəziyyəti açıqlandı
-
Pezeşkian ABŞ xalqına məktub ünvanladı
-
Şanlı aprel zəfərindən 10 il ötür
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
Toral qızına ad günü edir - VİDEO - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq
-
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
-
"Bayern Münhen"in ulduzu" Real Madrid"lə oyunu buraxa bilər





