Şou-biznes

Elnur Hüseynov Türkiyəni ayağa qaldırdı - VİDEO

2 Dekabr 2014 02:05
51 Şərh     Baxış: 18 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyenin TV 8 kanalında yayımlanan "O ses Türkiye" yarışmasının dekabrın 1-də keçirilən bölümündə azərbaycanlı ifaçı qardaş ölkəni heyrətləndirib.
 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Eurovision 2008-də ölkəmizi təmsil edən Elnur Hüseynov çıxışı ilə jürini ve tamaşaçıları sözün həqiqi mənasında şoka salıb. Həm jürinin, həm zaldakı tamaşaçıların israrları ile Elnur daha bir neçə mahnı ifa edib.

Hər dəfə də alqışlar qazanıb. İfaları o qədər peşəkar və təsirli olub ki, jüridəkilər azərbaycanlı yarışmaçını ayaq üstə alqışlayıblar.

Bütün jüri üzvləri bildiriblər ki, indiyədək belə ifaya, bu cür səsə rast gəlməyiblər.

Müğənni Ebru Gündeş Elnur haqda "İndiyədək Türkiyədə keçirilmiş bütün yarışmalarda belə səs və ifa olmayıb" deyib. Onun bu sözlərinə jüridəki həmkarları dəstək verib. Sonda Elnura hansı jüri iştirakçısının komandasında təmsil olunmaqla bağlı zaman verilib. Hər kəs azərbaycanlı ifaçını öz komandasına cəlb etmək istəyib.

Sözün əsl mənasında jüri Elnur uğrunda mübarizə aparıb. Elnur en sonda qəranı verib. O, "O səs Türkiye" yarışmasında Ebru Gündeşin komandasında təmsil olunmağı seçib. E.Gündeş onun bu qərarını səhnəyə çıxaraq böyük sevinclə qarşılayıb. Hətta dəfələrlə azərbaycanlı iştirakçını öpərək, qucaqlayıb.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.