Şou-biznes

"Şeron" geri qayıdır

22 Oktyabr 2014 14:15
1 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uzun müddətdir ki, gündəmdən uzaqlaşan, Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" qrupundan yeni xəbər var.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişində qonaq olan ifaçı bunları deyib:

"Bir çox tədbirə dəvət edilirik. Amma hər dəvətlə razılaşmırıq. Buna görə də bizdən inciyən olmur. Bizim öz auditoriyamız var. Onu qoruyub saxlayırıq. Bir müddət idi ki, yaradıcılığa fasilə vermişdik. İndi yeni mahnılarla, aranjmanlarla geri qayıtmışıq. Maraqlı yeniliklərimiz olacaq".

Qeyd edək ki, qrupun üzvləri Rüstəm Zeynallı, Nicat Rəhimov, Anar Musayev, Əbdül Kəbirdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.