Şou-biznes

Azərbaycanlı müğənni: "Bu, gülməli alınar..."

1 Sentyabr 2014 13:40
1 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Abbas Bağırov mobila ilə gəzintiyə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Onlar" verilişinə açıqlama verən müğənni onun avtomobildən daha rahat olduğunu bildirib:

"Mobila ilə hər yerə gedə bilərsən. Ayaqlar yorulmur, bel düz qalır. Yanacaq yoxdur, yağ yemir. Harasısa sınırsa, xırda ödənişlə düzəltdirə bilirsən. Tıxacda qalmırsan. Çox rahatdır".

A.Bağırov telefonla çəkdiyi yeni klipindən də bəhs edib:

"Telefonla "Yaxşı ki varsan" mahnımı ekranlaşdırdım. Çox düşündüm ki, bəstəyə harada, kim klip çəksin? Fikirləşmək məni yordu. Dedim, ən yaxşısı, özüm telefonla sınayım. Pis də alınmadı. Məndən sonra kimin bacarığı varsa, bunu edəcək. Deyə bilmərəm ki, kimsə təkrarlamasın. Bu, gülməli alınar. Şou-biznesdə istedadlı müğənnilərimiz çoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.