Şou-biznes

Namiq Qaraçuxurlu: "Mən gəlini efirdə göstərənlərdən deyiləm"

19 Aprel 2014 12:03
10 Şərh     Baxış: 2 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Meyxanaçı bu barədə ilk məlumatı isə "ATV Maqazin"ə verib
Milli.Az gecce.az-a istinadən xəbər verir  ki, iki ildir ki, nişanlı olan Namiq, hələ ki, toy çaldıra bilməyib.

Toyun uzanması isə sənətçinin nişanlısından ayrılması xəbərlərini gündəmə gətirib.

Namiq bu xəbərləri təkzib edib. O deyir ki, bu barədə heç vaxt danışmaq istəməsə də, haqqlarında çıxan yalan-yanlış xəbərlər onu danışmağa vadar edir.

"Hər xəbərlərə inanmayın. Serial çəkilişləri bu yaxınlarda sona çatacaq. Artıq oturub, toyun planlarını hazırlamağa vaxtım olacaq. Toya gələcək insanların siyahısını yenidən hazırlamağa  başlamışam".

Dəvətnamələr hələ hazır olmasa da, Qaraçuxurlu nə az, nə çox iki gün toy edəcəyini deyib. Çəkliş üçün də "ATV Maqazin"i öz məclisinə dəvət edib.

"Mən gəlini efirdə göstərənlərdən deyiləm" deyən uzaqgörən meyxanaçı, yalnız kişi məclisinin görüntülənməsinə icazə verəcək.

O, həmçinin sevgini əldə oyuncaq edənləri dəli adlandırmaqdan belə çəkinməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.