Səbəb isə "kişi söhbəti"dir.
Milli.Az xəbər verir ki, ATV telekanalında yayılan populyar realiti-şouda müğənni Orxan Babazadə rəqiblərinə yenilib. Daha doğrusu, iştirakçılardan olan teleaparıcı Mirsalam Mirsalamov səsvermənin nəticələrinə görə, O.Babazadənin şoudan kənarlaşdırılmasına nail olub.
Orxan Babazadə də canlı efirdə M.Mirsalamova "Sən kişi deyilsən!" deyib.
Və qalmaqal yaranıb.
Müğənni O. Babazadə olayla bağlı olaraq əməkdaşımızla söhbətində vurğuladı ki, bəs M.Mirsalamov "düzgün hərəkət" etməyib.
"Veriliş zamanı ona dedim ki, əgər sənin rəqibinəmsə, kişi kimi mənə de. Söylə ki, rəqibimsən, gedək səsverməyə. Amma Mirsalam o şouda söylədi ki, məni özünə əsla rəqib görmür. O, əslində anlayırdı ki, güclü rəqibəm. Bunu şounun bütün iştirakçıları bilirdilər. Oyun qurdular, məni kənarlaşdırdılar", - O.Babazadə söylədi.
Onun sözlərinə görə, "sözünü yetərincə deyib".
"Mirsalam göstərdi ki, sözünə xilaf çıxdı. Oyun zamanı məndən dəstək istədi. Hamı da gördü ki, dost-tanışa üz tutub onlardan Mirsalama dəstək istədim. Bir sözlə, ən güclü rəqib, ən yaxşı oyunçu olduğum üçün sözü bir yerə qoyub məni çıxardılar. Əslində o şouda bir qardaşlığım vardı, o da Eduard Məmmədov. Yerdə qalanları lazımsız insanlardır", - O.Babazadə söylədi.
Ceyhun Ələkbərov
Milli.Az





