Milli.Az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib:Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb
"Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam".
Azər, həmçinin deyib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək:
"Qanunla" adlı veriliş hazırlayıram. Burada ehtiyacı olanlara hüquqi cəhətdən kömək edəcəyik. Cinayət istisna olmaqla, bütün ehtiyacı olanları vəkillə təmin edəcəyik. Maraqlı və səs-küylü layihə olacağına inanıram".
Milli.Az





