Şou-biznes

Azərbaycanlı müğənni hamilədir - FOTO

23 Oktyabr 2012 13:17
0 Şərh     Baxış: 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Publika.Az-ın əldə etdiyi məlumata görə, Türkiyədə yaşayan müğənni bu yaxınlarda Bakıya, ailəsinin yanına gəlib. Müğənni Bakıya gəldikdən sonra həkim müayinəsindən keçib.

Məsələ ilə bağlı Publika.Az portalı müğənninin özü ilə əlaqə saxlayıb. Yeganə hamilə olması ilə bağlı xəbəri təkzib etməsə də, ikinci uşaq arzusunda olduğunu söyləyib:

"Oğlum diş çıxarır deyə qızdırması var. Ona görə arada həkimə gedirik. Burada anamla birgə uşağa baxırıq. Həm də mən Bakıya dəvətlərə, işlərimə görə gəlib-gedirəm".

Müğənni son günlər onun haqqında çıxan yalan xəbərlərin toy biznesinə də təsir etdiyini gizlətməyib. Belə ki, Yeganə onun ailəsindən ayrılması ilə bağlı yayılan xəbərlərin ona gələn təkliflərə böyük təsir göstərdiyini söyləyib:

"Mən ayın yarısını burada, yarısını Türkiyədəyəm. Dünyanın hansı ölkəsində olursa-olsun, dəvətlərə gedirəm. Yoldaşım nə əvvəl, nə də indi buna qadağa qoymayıb. Adamın çörəyinə bais olmaq günahdır. Mən həminki Yeganəyəm, səsim yerində, repertuarım yerində. Görünür, meydanı boş qoymağım kimlərəsə sərf edib".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.