Şou-biznes

Azərbaycanlı müğənninin adına mahnı yazıldı - FOTO

23 Oktyabr 2012 01:30
0 Şərh     Baxış: 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, populyar estrada müğənnisi Xatunun adına mahnı yazılıb. Əməkdaşımızla söhbəti zamanı Xatun özü bu barədə açıqlama verməkdə maraqlı oldu:

"İdeya gənc bəstəkar və müğənni Qüdrət Əsgəri tərəfindən irəli sürüldü. Tədbirlərin birində görüşdük və o, yaradıcılığıma rəğbət bəslədiyini gizlətmədi. Maraqlı ideyasını da mənə söyləyincə, razılaşmamaq kimi imkanım qalmadı (gülür). Söhbət adımın səsləndiyi mahnıdan gedirdi. İdeyanı dəstəklədim. Sürpriz qalsın deyə, mətni tam açıqlamıram, sözlərdə "Xanımsan, Xatunsan" ifadələri işlənir".

Müğənni onu da əlavə etdi ki, "Xatun" adlı mahnısına klip çəkməyi də planlaşdırır.

Şahin Cavadsoy
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.