Seriallar

“Vicdan haqqı”nın Kamili xəstəxanaya düşdü

26 Noyabr 2016 19:54
67 Şərh     Baxış: 27 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Vicdan haqqı" serialının baş qəhrəmanı Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Elxan Yunisin səhhətində problemlər yaranıb. Xəstəxanaya düşən aktyora görə serial çəkilişləri təxirə salınıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor hazırda Gəncədə müalicə aldığını deyib: "Ayağımda ağrılar vardı, yeriməyə çətinlik çəkirdim. Məcbur olub serial çəkilişlərini dayandırdım. Sağ olsunlar, mənə görə bir həftə çəkilişlər təxirə düşdü. Həkimlər deiyr ki, sinir ağrılarıdır, onurğamda sürüşmə var, bir həftə müalicə kursu təyin olunub. Əgər müalicə ilə keçməsə, təcili əməliyyat olumalıyam".

Aktyor xəstəxanada başına gələn bir hadisəni də danışıb: "Xəstəxanada idim, qəfildən bir kişi üstümə yeridi ki, Allah sənin cəzanı verdi. Bir qadını orda gözüyaşlı qoymusan, birini burda. Başa düşdüm ki, serialda oynadığım Kamil obrazına görə kişi mənə qəzəblidir".

Qeyd edək ki, aktyor "Vicdan haqqı" serialında iki arvadı olan Kamil obrazını canlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.