Milli.Az DHA-ya istinadən bildirir ki, işıqforun qırmızı işığında durmuş avtomobilə maşını ilə arxadan çırpılan aktrisa maşından düşməyib, "Heç nə olmayıb, yola davam edək" deyib.
Onun vurduğu maşının sahibi razılaşmayaraq "Görmürsünüz, maşınımı əzibsiniz" deyəndə aktrisa söyləyib: "150 lirə verək, məsələ bağlansın".
Bu "təklif"ə heyrətlənən zərərçəkən polis və sığorta əməkdaşlarının hadisə yerinə çağırlmasını istəyib.
Olay yerinə gələn reportyorları görən Mine Tuqay çılğına dönüb.
"Gerizəkalılar, axmaqlar, maymaqlar! Nəyi çəkirsiniz, niyə çəkirsiniz?! Bu fotoları kimsə yaya bilməz", - deyən aktrisa maşınını əzdiyi adama telefon nömrəsini verərək hadisə yerini tərk edib.
Milli.Az





