"İctimai Palatanın kütləvi etiraz aksiyalarına başlamaq qərarı bu strukturun növbəti populist, heç bir mənası olmayan açıqlamalarından biridir. Bu təşkilat indiyədək həmişə aktiv hərəkətlərdə olduğunu desə də, İctimai Palatadan passivlik və ictimai rəydə çəkisizlikdən savayı, heç nə nəyə nail olmayıb".
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (Boz Qurd) sədri Tufan Kərim dedi. Onun sözlərinə görə, İctimai Palatanın belə bəyanatla çıxış etməsi həmişəki kimi, müəyyən məqamlardan bəhrələnərək özünə xal yığmaq istəyindən başqa heç nə deyil.
"Partiya olaraq İctimai Palata ilə bağlı mövqeyimizi indiyədək dəfələrlə konkret şəkildə bildirmişik və bununla bağlı zamanında bəyanat da vermişik. İctimai Palataya əhəmiyyətsiz, marginal qurum kimi baxırıq və mövqeyimizi həmin strukturun hansısa bəyanatından asılı olaraq dəyişmək niyyətində deyilik. Adını çəkdiyim təşkilatın qeyri-ciddi addımları yalnız populizm xatirinə atılır. İctimai Palatanın mahiyyəti və məqsədləri, orada təmsil olunanların kimlər olduğu bəllidir. Bu insanları cəmiyyət yaxşı tanıyır. Bir, iki il deyil - on illərdir ki, həmin adamlar yerlərində sayırlar və cəmiyyət də onlara əla bələddir", - T.Kərim dedi.
"Boz qurdlar"ın liderinin sözlərinə görə, İctimai Palata hansısa ictimai, siyasi və s. məqsədlərə çatmaq iqtidarında deyil. Partiya, əslində, sözügedən strukturdan belə fəaliyyəti də gözləmir.
"Sözün açığı, İctimai Palatanın hansısa uğura nail olacağını düşünmürük. O strukturda təmsil olunanların əksəriyyəti fərdi və qrup mənafelərinə xidmət edir. Orada gündəmdə milli maraq yoxdur. Azərbaycanın milli maraqlarının olmadığı yerdə də bizi heç bir qurum, fərd və ya şəxs maraqlandırmır. Əgər orada milli maraqların təminatına yönəlmiş hansısa fəaliyyət olsaydı, təbii ki, İctimai Palataya müsbət yanaşardıq. Bu səbəbdən də İctimai Palatanı və onun fəaliyyətini əhəmiyyətsiz hesab edirik", - T.Kərim bildirdi.
O, AMDP-nin müxalifət düşərgəsindəki mövcud qrup, birlik və ya koalisiyaya qoşulmaq fikrində olmadığını deyib: "Həmişə demişik ki, milli maraqların təminatına yönəlmiş səylər, cəhdlər və fəaliyyət görəriksə, belə struktura qatılarıq. Lakin hələ ki, apardığımız müşahidələr müxalifətdə birliyə yönəlmiş işlə məşğul olduğunu bildirənlərdə belə fəaliyyətin olmadığını göstərir".
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib - FOTO
-
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
-
"İlham Əliyev və Paşinyanın səyləri ilə vəziyyət sabitləşib"
-
Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb
-
Bu ölkə Azərbaycanda səfirlik açacaq
-
Baş nazir Əli Əsədov Ünal Üstel ilə görüşdü
XƏBƏR LENTİ
-
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
-
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
-
Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR
-
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
-
Yardımlıda işıq olmayacaq
-
İranda yüksək vəzifəli şəxsin evi bombalandı, özü ağır yaralandı
-
“Eşref Rüya”nın aktyoru vəfat etdi - FOTO
-
Türkiyə mətbəxindən qozlu acuka resepti
-
Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib - FOTO
-
Xameneinin vəziyyəti açıqlandı
-
Pezeşkian ABŞ xalqına məktub ünvanladı
-
Şanlı aprel zəfərindən 10 il ötür
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
Toral qızına ad günü edir - VİDEO - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq
-
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
-
"Bayern Münhen"in ulduzu" Real Madrid"lə oyunu buraxa bilər





