Siyasət

Azərbaycandan London TERRORUNA REAKSİYA

23 Mart 2017 10:17
0 Şərh     Baxış: 835

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır.

Milli.Az xəbər verir ki, bu barədə Trend XİN-in "Twitter" səhifəsinə istinadən məlumat verir.

Qeyd olunur ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır:

"Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.