Siyasət

Moldova baş nazirinin müavini də Bakıya gələcək

24 Yanvar 2017 15:20
Baxış: 566

Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası fevralın sonu, martın əvvəlində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

O qeyd edib ki, iclasda iştirak etmək üçün Bakıya Moldova baş nazirinin müavini Oktavian Kalmık səfər edəcək.

Səfir bildirib ki, hazırda tərəflər iclasın keçirilməsinə hazırlıq üzərində işləyirlər:
"İclas zamanı ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə baxılması planlaşdırılır. Həmçinin yeni sənədlər üzərində iş gedir. Eləcə də nəqliyyat və digər sahələrdə saziş layihələri üzrə iş aparılır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.