Siyasət

AŞPA-nın müşahidəçisi: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir"

26 Sentyabr 2016 17:38
Baxış: 366

"Ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır". Milli.Az bildirir ki, bunu 23 saylı Səbail dairə seçki komissiyasının 4 saylı məntəqəsində referendumu yaxından izləmiş AŞPA-dan olan müşahidəçi Sevda Gündüz SİA-ya verdiyi açıqlamasında bəyan edib.

Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmaq üçün əsas yoxdur: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.