Siyasət

İlham Əliyev Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavinini qəbul edib - YENİLƏNİB - FOTO

25 Sentyabr 2016 14:47
Baxış: 1 374

14:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasını və Dövlət Dumasını, eləcə də altı ölkəni təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı. İlyas Umaxanov başçılıq etdiyi missiyanın Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparacağını dedi. O, referendumun yüksək standartlara uyğun şəkildə təşkil olunmasından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının ölkəmizə səfərinin önəmini vurğuladı. Dövlətimizin başçısı referendumun şəffaf keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildirdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

----------

10:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.